Haaqada Xocalı abidəsi ziyarət edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Haaqada Xocalı abidəsi ziyarət edilib - FOTO

Qafar Ağayev12:52 - 27 / 02 / 2023
Haaqada Xocalı abidəsi ziyarət edilib - FOTO

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Haaqa şəhərindəki Xocalı abidəsi ziyarət edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyi ilə baş tutan anım mərasimində Azərbaycan və Türkiyə səfirləri, ölkələrimizin icma üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Xocalı abidəsinin önünə əklillər düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev, Türkiyənin Niderland Krallığındakı səfiri Səlçuk Ünal və Cənubi Holland regionu üzrə Xristian-Demokrat Çağırış Partiyasının şura üzvü Maykl Roksir çıxış ediblər.

Xocalı soyqırımı məsələsində ədalətə nail olmaq naminə “iki dövlət, bir millət”in diasporunun var gücü ilə çalışmasının önəmi vurğulanıb, Azərbaycan dövlətinin soyqırımı törədənlərin ədalət qarşısına çıxarılmasına nail olacağına əminlik ifadə edilib. Qardaş Türkiyə xalqının hər zaman Azərbaycanı dəstəklədiyi, sevincini və kədərini bölüşdüyü, Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Abidənin önündə şamlarla “Xocalıya ədalət!” tələbi həkk olunub.

Paylaş:
371

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər