ANAMA sədri: Ağdamın 25 faizi minalardan təmizlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA sədri: Ağdamın 25 faizi minalardan təmizlənib

Qafar Ağayev14:22 - 28 / 02 / 2023
ANAMA sədri: Ağdamın 25 faizi minalardan təmizlənib

Ağdam rayonu üzrə ötən illər ərzində 16 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu ilin planına uyğun olaraq, daha 10 min hektardan çox ərazi təmizlənərək aidiyyatı üzrə təhvil veriləcək: “Təxminən Ağdam rayonunun 25 faizi mina və partlamamış sursatlardan təmizlənib. Ağdamda artıq bir sıra layihələr yekunlaşıb”.

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər