Azərbaycanda cərrah tənzifi xəstənin qarnında unutdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda cərrah tənzifi xəstənin qarnında unutdu

16:42 - 28 / 02 / 2023
Azərbaycanda cərrah tənzifi xəstənin qarnında unutdu

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Bu barədə 1news.az-a Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Paylaş:
814

Son xəbərlər

Bütün xəbərlər