“Apple”in rəsmi tərəfdaşı öz yeniliyi ilə sevindirib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Apple”in rəsmi tərəfdaşı öz yeniliyi ilə sevindirib - FOTO - VİDEO

10:00 - 01 / 03 / 2023
“Apple”in rəsmi tərəfdaşı öz yeniliyi ilə sevindirib - FOTO - VİDEO

Azərbaycanda “Apple” brendinin rəsmi tərəfdaşı olan Bytelecom şirkəti öz yeniliyi ilə müştərilərini sevindirib.

1news.az xəbər verir ki, mobil telefon bazarının dinamik brendlərindən olan Bytelecom-un “Apple” şirkəti ilə bağladığı yeni müqaviləyə əsasən, alıclara təqdim edilən məhsullar “Apple” zəmanətli olacaq.

Bu barədə Bytelecom şirkətinin “Apple” brendi üzrə meneceri və mağaza müdiri Orxan Qasımov 1news.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, şirkət müştərilərin əldə etdiyi “Apple” brendinə aid məhsullara bir il müddətinə beynəlxalq rəsmi zəmanət verir.

Belə ki, istənilən məhsulda istehsalçı qüsurları aşkarlandıqda, həmin məhsul yenisi ilə əvəz olunacaq:

“Müştərilərimizə daha yaxşı xidmət göstərmək üçün “Apple” şirkətinə müraciət edərək Azərbaycanda rəsmi satış nümayəndəsi olmaq istədiyimizi bildirdik. Bunu etməkdə məqsədimiz müştərilərimizə keyfiyətli xidmət göstərə bilmək idi. Buna da nail olduq. “Apple” şirkəti bu istəyimizi qarşılıqsız qoymadı və bu müqavilə imzalandı.

Bytelecomu digər mağazalardan fərqləndirən cəhət buradan alınan istənilən məhsulun rəsmi “Apple” zəmanətli olmasıdır. Yən məhsulların bir il ərzində “Apple” tərəfindən zəmanəti var. Bundan əlavə olaraq yaranan istənilən qüsurda telefon heç bir halda təmir olunmur. Yenisi ilə əvəz olunur və bununla da alıcı yeni məhsul əldə etmiş olur. Bu proses heç bir əlavə ödəniş ödənilmədən həyata keçirlir”.

Müştərilər Bytelecom mağazalarına yaxınlaşaraq burada müxtəlif “Apple” məhsulları: istər kompüterlər, istərsə də telefonlar, İpadlar əldə edə bilərlər. Alıcılar daha çox yeni məhsul olan İphone “14Pro Max” modellərinə üstünlük verirlər. Lakin “Apple” brendinə aid qulaqcıqlar və noutbuklarla da maraqlanalar az deyil.

Müştərilər Bytelecom şirkətindən aldıqları bütün məhsulları sərfəli şərtlərlə kreditlə yaxud da taksit kartları ilə əldə edirlər. Onlar bu məhsulları heç bir ödəniş etmədən 24 aya qədər komisiyyasız alırlar.

Bytelecom şirkəti qarşıdan gələn “8 mart Beynəlaxalq Qadınlar günü” və “Novruz Bayramı” münasibətilə də müştərilərinə ayrı kampaniyalar təqdim edəcək.

Bayrama özəl xüsusi endirimlər və güzəştli kredit şərtləri “Apple” brendinə aid məhsulları alan müştəriləri gözləyir. Məhsullarda müştərilər üçün hədiyyələr də olacaq.

Nəzərinizə çatdırmaq istərdik ki, Bytelecom şirkəti 2011-ci ildən müştərilərə xidmət göstərir. Şirkətin Bakı şəhərində “Fəvvarələr” meydanı və Azadlıq prospekində olmaqla iki, Şirvan, Lənkəran və Xaçmaz rayonlarında isə 3 filialı mövcuddur. Yaxın gülərdə şirkətin Sabirabadda yerləşən 6-cı filialı da müştərilərin istifadəsinə veriləcək.

Bytelecom şirkətinin məhsullarını əldə etmək istəyənlər *2777 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Reklam hüququnda

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər