Hikmət Mirzəyevin doğum günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Mirzəyevin doğum günüdür

11:59 - 28 / 02 / 2023
Hikmət Mirzəyevin doğum günüdür

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin bu gün doğum günüdür.

1news.az xəbər verir ki, Hikmət İzzət oğlu Mirzəyev 29 fevral tarixində Biləsuvar rayonunda doğulub.

Məlum olduğu kimi, bu il fevral ayı 28-dən olduğu üçün general-leytenant Hikmət Mirzəyevin doğum günü bu gün qeyd edilir.

General-leytenant Hikmət Mirzəyev 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib. Daha sonra isə Ali Baş Komandanın 17 oktyabrda imzaladığı sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər