Dumanlı havanın səbəbləri və fəsadları - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dumanlı havanın səbəbləri və fəsadları - “Çıxışa doğru”da MÜZAKİRƏ

09:04 - 01 / 03 / 2023
Dumanlı havanın səbəbləri və fəsadları - “Çıxışa doğru”da MÜZAKİRƏ

Ölkə ərazisində son günlər müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb. Görünüş 21 fevral tarixində saat 04:35-06:50 radələrində 50 metrədək məhdudlaşıb, nisbi rütubət 83-93 faiz intervalında olub.

Dumanlı hava, eyni zamanda Gəncə, Şabran, İsmayıllı, Xaçmaz, Şəmkir, Tərtər, Zərdab, Beyləqan, İmişli və Yevlaxda görünüş məsafəsinin 200-500 metrədək məhdudlaşmasına səbəb olub.

1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Dumanlı havanın səbəbləri və fəsadları" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Amin Məmmədov - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai şuranın sədri, Fərhad Eyyubov - AZTU-nun dosenti, nəqliyyat üzrə ekspert, Nurlan Hüseynov - daxili xəstəliklər uzmanı, Qəmzə Yusubova - “Ekoloji Maarifləndirmə” İB-nin sədri və Çingiz İsmayılov - coğrafiya elmləri doktoru, professor, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər