Hacı Şahin Həsənli dəfn olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Şahin Həsənli dəfn olunub - FOTO

1news Redaksiyası16:30 - 02 / 03 / 2023
Hacı Şahin Həsənli dəfn olunub - FOTO

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

1news.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Hacı Şahin Həsənli martın 2-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər