“YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə dəstək davam edir
![“YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə dəstək davam edir](/images/2023/03/02/20230302055528379/thumb.jpg?2023-03-02+17%3A56%3A22)
“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin təhsil xərclərinin qarşılanması üzrə dəstək tədbirləri davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, şəhidimiz Ruslan Tağıyevin övladı, İdrak Liseyinin 9-cu sinif şagirdi Fuad Tağızadənin iki il ərzində tədris üzrə təhsil haqqı Fond tərəfindən ödənilib. Fuad, həmçinin 9-11-ci siniflər üçün təşkil edilmiş “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin qalibi olub!
Eyni zamanda, şəhidimizin digər oğlu Poladın və qızı Nurayın təhsil haqları Fond tərəfindən qarşılanır.
337