Dərmanların keyfiyyətinə və qiymətinə necə nəzarət olunur? - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dərmanların keyfiyyətinə və qiymətinə necə nəzarət olunur? - “Çıxışa doğru”da MÜZAKİRƏ

Qafar Ağayev09:45 - 02 / 03 / 2023
Dərmanların keyfiyyətinə və qiymətinə necə nəzarət olunur? - “Çıxışa doğru”da MÜZAKİRƏ

Laboratoriyada təqdim edilən dərman vasitələri nümunələrinin tərkibi və digər keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilən normativ sənədlərə əsasən yoxlanılır.

Ölkədə istehsal olunan dərman vasitələrinin hər seriyasının nümunəsi də dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə sertifikat verilir.

Farmakonəzarət sistemi - dərman vasitələrinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin və digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması sahəsində görülən tədbirlərin məcmusunu müəyyənləşdirir.

1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Dərmanların keyfiyyətinə və qiymətinə necə nəzarət olunur?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Elvin Nağıyev - Səhiyyə Nazirliyi Analitik ekspertiza mərkəzinin əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi, Mətin Bədəlov - İqtisadiyyat Nazirliyinin sektor müdiri, Ayaz hüseynov - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri, Eyyub Kərimli - "İqtisadi və Sosial Araşdırmalar" ictimai birliyinin sədri, iqtisadçi və Azad Məmmədov - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, İstehlak bazarına nəzarət şöbəsinin aparıcı məsləhətçisi, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
242

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər