Media Agentliyi müdaxiləyə məruz qalan media orqanlarının “Youtube” kanalları ilə bağlı bəyanat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Media Agentliyi müdaxiləyə məruz qalan media orqanlarının “Youtube” kanalları ilə bağlı bəyanat yaydı

Qafar Ağayev12:17 - 02 / 03 / 2023
Media Agentliyi müdaxiləyə məruz qalan media orqanlarının “Youtube” kanalları ilə bağlı bəyanat yaydı

Medianın İnkişafı Agentliyi Azərbaycanın “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənar müdaxiləyə məruz qalması və onların arxivinin silinməsi ilə bağlı bəyanat yayıb.

1news.az bəyanatı təqdim edir:

“1 mart 2023-cü il tarixində Azərbaycanın “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənar müdaxiləyə məruz qalmış, onların arxivi silinmişdir.

Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastruktura kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Səs” və “Yeni Müsavat” media qruplarının “Youtube” kanallarına haker hücumunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid hesab edir və bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa, eyni zamanda həm media qurumlarını, həm də aidiyyəti dövlət orqanlarını qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görməyə çağırır.

Paylaş:
213

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər