Orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir

Azərbaycanda orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir.
1news.az Report-a istinadla xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzədə qeyd edilib ki, orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi Ombudsman tərəfindən təklif olunur.
246