Atışma zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Atışma zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb

14:29 - 04 / 03 / 2023
Atışma zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakıdakı hipermarketdə bu gün baş verən atışma hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

1news.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

1 nəfər hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakının Xətai rayonunda yerləşən hipermarketdə silahlı insident olub.

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər