İstirahət günlərində yol qəzalarında 5 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günlərində yol qəzalarında 5 nəfər ölüb

Qafar Ağayev10:03 - 06 / 03 / 2023
İstirahət günlərində yol qəzalarında 5 nəfər ölüb

Martın 4-də və 5-də ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər