Su polisindən körpə nərə balıqlarının ovlanmasını sifariş edənlərə xəbərdarlıq - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Su polisindən körpə nərə balıqlarının ovlanmasını sifariş edənlərə xəbərdarlıq - VİDEO

Qafar Ağayev11:53 - 06 / 03 / 2023
Su polisindən körpə nərə balıqlarının ovlanmasını sifariş edənlərə xəbərdarlıq - VİDEO

Balıq, həmçinin, digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Neftçala rayonunda növbəti profilaktik tədbir həyata keçirib.

DİN-dən 1news.az-a bildirilib ki, tədbir zamanı Neftçala rayon sakinləri Cəsarət Bəşirov, Yaşar Ayazov, Nəhməd Babayev, İsmayıl Rəsulov, Turab Süleymanov və Bilal Hüsenov qanunla istifadəsi qadağan olunmuş balıqovlama alətləri ilə körpə balıq ovladıqları üçün saxlanılıblar. Həmin şəxslərdən qadağan olunmuş balıq ovu alətləri və 360 metr uzunluğunda sintetik tor maddi sübüt kimi götürülüb.

Su Polisləri tərəfindən Xaçmaz rayonunda keçirilən tədbir zamanı isə Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli və digər növdən olan balıqların ovlandığı müəyyən edilib. Araşdırma zamanı körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan həvəskar balıqçı adı altında tutulub satılmasını təşkil edən şəxslər müəyyən edilərək saxlanılıblar. Qeyd edilən faktlarla bağlı həmin şəxslər barəsində akt və inzibati xəta haqqında protokollar tərtib edilib.

Araşdırmalar zamanı həmçinin müəyyən edilib ki, körpə cinsli nərə balıqlarının qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe və restoran sahibləri tərəfindən sifariş edilib. Qeyd edilən ictimai iaşə obyektlərinin sahiblərinə xəbədarlıq edilərək bildirilir ki, bu halların təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanununauyğun olaraq ciddi tədbirlər görüləcək.

Su Polisləri tərəfindən ökə ərazisində xüsusən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirlər sahil boyu bütün ərazilərdə mütəmadi olaraq davam etdiriləcək.

İdarə əməkdaşları tərəfindən digər aidiyyəti dövlət orqanı ilə birgə “Qızılağac”, “Sarısu” və digər bu kimi qoruqlarda adı “Qırmızı Kitab”a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin, eləcə də müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq aparılır.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Paylaş:
224

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər