Xocasən yolunda avtobus yanıb - YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.
FHN-dən 1news.az-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10:10
Xocasən yolunda avtobus yanıb.
Bu barədə 1news.az-a Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Onun sözlərinə görə, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan "İVECO OTOYOL" markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.
Qeyd olunan yolda hərəkət tam bərpa edilib.