Ötən sutka ölkə ərazisində köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutka ölkə ərazisində köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO

Qafar Ağayev10:32 - 08 / 03 / 2023
Ötən sutka ölkə ərazisində köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 68 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Şamaxı rayonunun Muğanlı kəndində "Mercedes" markalı sərnişin avtobusu və "Mack" markalı yük avtomobilinin toqquşuması nəticəsində müxətlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib. 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər