Beynəlxalq tədbirlərin turizmin inkişafında rolu – “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycan beynəlxalq tədbirlərin daimi ünvanına çevrilib.
Ölkəmiz son illərdə müntəzəm olaraq mötəbər tədbirlərə ev sahibliyi edir. Bəs, görəsən, bu trend yerli turizmin inkişafına necə təsir göstərir? Azərbaycan turizmi beynəlxalq səviyyəli tədbirlərin faydasını görməyə başlayıbmı?
1news.az-ın məlumatına görə, AzTV-nin "Çıxışa doğru" verilişində "Beynəlxalq səviyyəli tədbirlərin turizmin inkişafında rolu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları - Səmra Quliyeva (Azərbaycan Turizm Bürosunun mütəxəssisi), Müzəffər Ağakərimov (Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti sədrinin müşaviri), Rəhman Quliyev (turizm üzrə ekspert) və Ruslan Quliyev (Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri) beynəlxalq tədbirlərin turizmə təsiri ilə bağlı maraqlı fikirlər səsləndiriblər.
"Çıxışa doğru" verilişinin bugünkü buraxılışını Azərbaycan Televiziyasının "YouTube" kanalı vasitəsilə tam şəkildə izləyə bilərsiniz: