Bakıda axtarışda olan qadın mağazadan oğurluq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda axtarışda olan qadın mağazadan oğurluq edib

11:08 - 10 / 03 / 2023
Bakıda axtarışda olan qadın mağazadan oğurluq edib

Bakıda axtarışda olan qadın mağazadan oğurluq edib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə martın 4-də rayon ərazisindəki mağazaların birindən 1195 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə də axtarışda olan paytaxt sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun Yasamal rayonu ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlaması da məlum olub.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər