Nazir müavini: “İşğaldan azad olunmuş torpaqlarda ilk dəfə Novruz bayramı qeyd olunacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: “İşğaldan azad olunmuş torpaqlarda ilk dəfə Novruz bayramı qeyd olunacaq”

Aynurə Xudaverdiyeva10:30 - 11 / 03 / 2023
Nazir müavini: “İşğaldan azad olunmuş torpaqlarda ilk dəfə Novruz bayramı qeyd olunacaq”

"Sevinirik ki, işğaldan azad olunmuş torpaqlarda ilk məktəb fəaliyyətə başlayıb. Burada ilk dəfə Novruz bayramı qeyd olunacaq".

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilanın Ağalı kəndində "Novruz mühazirələri" mövzusunda keçirilən tədbir zamanı deyib.

"Zəngilana 38 il əvvəl gəlmişdim. Bu gün 38 ildən sonra ilk gəlişimdir. O zaman Qarabağa ezam olunmuşdum. Qarabağın özünəməxsus təkrar olunmaz, füsünkar təbiəti var. Təsəvvür edin ki, 38 il Qarabağa gəlməmişəm, amma bu gün Müzəffər Ali Baş Komandanın və rəşadətli ordumuzun qələbəsi nəticəsində bu müqəddəs torpaqlara ayaq basırıq. 1 yaşımda Füzulidə yaşamışam. Bu yaxınlarda Şuşaya gedəndə Füzulini gördüm. Çox kədərlənirdim. Həm də qürurlandım. Sevinək deyirəm xoşbəxtəm. Bir çox dövlətlərin bu ərazidə gözü var. Çünki bu torpaqlarların altı da üstü də sərvətdir. Bu torpaqları işğaldan azad etmək üçün güclü texnika və iqtisadiyyat lazım idi.

F.Qurbanov 90-cı illərdə bağlanan "Əsrin müqaviləsi"nin də qələbəmizə dəstək olan əsas amillərdən biri olduğunu vurğulayıb:

"1994-cü ildə Heydər Əliyev "Əsrin müqaviləsini" bağlanmasa idi bizim iqtisadiyyat bu gün belə güclənməzdi. O zaman ölkəmizin iqtisadiyyatı 1 milyard ABŞ dolları etmirdi. İndi isə 50 milyard dollardan artıq sərvətimiz var. Biz əsasən süni intellekt hesabına müharibədə qalib olmuşuq. Sevinirik ki, işğaldan azad olunmuş torpaqlarda ilk məktəb fəaliyyətə başlayıb. İlk dəfə Novruz bayramı qeyd olunacaq. "Novruz mühazirələri"ni Zəngilanda Ağalı kəndində həyata keçiririk. Bununla qürur duyuruq".

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər