“200 ildə ilk dəfə Azərbaycan torpaqlarını geri qazandı” - Ceyhun Məmmədov
"Azərbaycan yeganə ölkədir ki, sərhədləri öz qədim torpaqları ilə başlayır".
1news.az xəbər verir ki, bu sözləri Zəngilanın Ağalı kəndində "Novruz mühazirələri" mövzusunda keçirilən tədbir zamanı Millət vəkili Ceyhun Məmmədov deyib.
"Bu gün biz Ağalıya gəldiyimiz üçün çox təsirlənmişik. Mən ilk dəfə buraya gələndə təmir işləri gedirdi. İndi isə hər şey hazırdır. Cənab Prezident demiş "Bu ərazilərdən uşaq səsi gələcək". Doğrudan da, artıq bu ərazilərdən uşaq səsi gəlir. 200 ildə ilk dəfə Azərbaycan torpaqlarını geri qazandı. Biz bu gün qalib xalqıq. Əvvəllər bizi yuxarıdan aşağı baxırdılar. İndi isə qalib xalq kimi baxırlar. Bu gün bizim qarşımızda çox böyük missiya var. Biz sülh istəyirik. Amma İran və Ermənistan da bizi işğal etmək istəyir. Ətrafımızda bu cür məkirli düşmənlərimizin olmasına baxmayaraq, zəfər qazandıq. Azərbaycan yeganə ölkədir ki, sərhədləri öz qədim torpaqları ilə başlayır".