Bu dəfə “Novruz mühazirəsi”nə Zəngilanın Ağalı kəndi ev sahibliyi etdi - FOTO | 1news.az | Xəbərlər
Reportaj

Bu dəfə “Novruz mühazirəsi”nə Zəngilanın Ağalı kəndi ev sahibliyi etdi - FOTO

Aynurə Xudaverdiyeva12:31 - 13 / 03 / 2023
Bu dəfə “Novruz mühazirəsi”nə Zəngilanın Ağalı kəndi ev sahibliyi etdi - FOTO

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 10-da Zəngilan rayonunun Ağalı kəndində “Novruz mühazirəsi” mövzusundə tədbir keçirilib.

1news.az-ın əməkdaşının da iştirak etdiyi tədbirdə tədbirdə Elm və Təhsil Nazirliyinin rəhbərliyi və əməkdaşları, Milli Məclisin deputatları, tanınmış elm və ictimai xadimlər, media nümayəndələri iştirak ediblər.

Tədbiri açıq elan edən əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli bu tarixi günə görə bütün şəhidlərimizə, Ali Baş Komandana borclu olduğumuzu qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşən ordumuzun rəşadəti sayəsində qazanılan qələbədən danışıb.

Nazir müavini “Novruz mühazirəsi”nin işğaldan azad olunan Zəngilanda keçirilməsinin tarixi əhəmiyyətini də diqqətə çatdırıb. Həmçinin 38 il sonra ilk dəfə Zəngilana gəldiyini də deyib. O, “Novruz mühazirələri”nin ənənə halı aldığını və Ağalıda ilk dəfə keçirilən mühazirənin gənc nəslə vətənpərvərlik, milli-mənəvi dəyərlərin aşılanması baxımından faydalı olduğunu bildirib.

Daha sonra Tarix İnstitutunun direktoru professor Kərim Şükürov “Qələbədən Böyük Qayıdışa” mövzusunda mühazirə söyləyib.

Professor mühazirədə 44 günlük müharibədə ölkəmizin əldə etdiyi Qələbə haqqında geniş məlumat verib, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi nəticəsində ölkəmizin zəfərə nail olduğunu qeyd edib.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Ceyhun Məmmədov “Novruz mühazirələri”nin Ağalıda təşkil olunmasının vacibliyindən söz açıblar. Qalib xalqın nümayəndəsi olmağın qüruru və məsuliyyəti haqqında danışıblar.

Aydın Mirzəzadə Vətən müharibəsinə həsr etdiyi kitabları Ağalı kənd məktəbinə hədiyyə edib.

Mühazirədən sonra Ağalı kəndində “Heydər Əliyev – 100” kampaniyası çərçivəsində ağaclar əkilib.

Yekunda tonqal ətrafında musiqi nömrələri səsləndirilib, Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” əsəri peşəkar aktyor heyəti tərəfindən canlandırılıb.

Paylaş:
622

Son xəbərlər

Prezident İsveç Kralını təbrik edibBu gün, 11:12“Kontakt”ın “Şeş-qoşa” kampaniyasında 18623 manat uduldu – Elektromobil qazanmaq imkanı davam edirBu gün, 11:06Zlatan İbrahimoviçin yubiley qolları açıqlanıb - SİYAHIBu gün, 10:55Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:33DİN jurnalistin intiharının qarşısını alıbBu gün, 10:22Yasamalda çoxmərtəbəli yaşayış kompleksinin yanğın təhlükəsizliyində nöqsanlar aşkarlanıb - FOTO - VİDEOBu gün, 10:16Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14
Bütün xəbərlər

Next TV