PAŞA Holding-in baş sponsorluğu ilə "Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı" baş tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Holding-in baş sponsorluğu ilə "Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı" baş tutub

11:19 - 14 / 03 / 2023
PAŞA Holding-in baş sponsorluğu ilə "Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı" baş tutub

"GEM ESG consulting" şirkətinin təşkilatçılığı və PAŞA Holding, Azərlotereya ASC, Azercell Telecom və Coca Cola şirkətlərinin sponsorluğu "Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı" həyata keçirilib.

Dövlət qurumları, kiçik, orta və iri biznes subyektləri, transmilli korporasiya və şirkətlərin qatıldığı, habelə QHT ekspertləri, xeyriyyəçilər, ictimai xadimlər və ziyalıların iştirak etdiyi konfransda Azərbaycanda bizneslərin “yaşıl iqtisadiyyat”da rolunun artırılması, korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi və sosial məsuliyyətli biznes konsepsiyasının inkişaf etdirilməsi məsələləri geniş müzakirə edilib.

Konfransın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə çalışan, geniş təcrübəyə malik tanınmış ictimai xadimlər və mütəxəssisləri bir araya gətirməklə KSM və dayanıqlı inkişaf üzrə mühüm mövzuların müzakirəsi əsasında növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə vermək olub.

Paylaş:
814

Son xəbərlər

Bütün xəbərlər