Korporativ Sosial Məsuliyyət PAŞA Holding-in strategiyasının mərkəzində qalmaqdadır | 1news.az | Xəbərlər
Cəmiyyət

Korporativ Sosial Məsuliyyət PAŞA Holding-in strategiyasının mərkəzində qalmaqdadır

14:44 - 17 / 03 / 2023
Korporativ Sosial Məsuliyyət PAŞA Holding-in strategiyasının mərkəzində qalmaqdadır

2023-cü ildə PAŞA Holding öz cari strateji dövrünün son ilinə daxil olub.

Hazırda şirkətin prioritetlərindən biri 2024-2026-cı illəri əhatə edəcək yeni strategiyanın hazırlanmasıdır. Cari strateji dövrdə olduğu kimi, növbəti dövrdə də İnsan Kapitalının inkişafı, Korporativ Sosial Məsuliyyət (KSM) və İnnovasiyaların PAŞA Holding-in diqqət mərkəzində olması gözlənilir. Hazırda şirkətin KSM strategiyası çoxşaxəlidir, səhiyyə, təhsil, mədəni irs və ətraf mühitin qorunması kimi digər sahələri əhatə edir. Bu sahələrə aid layihələr arasında “Əsl gələcək”, “SabirArt”, “Rəqəmsal dövlət”, “Bağlı Vətən”, “Təmiz sahil”, “Yaşıl dünya”, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “Şəhid ailələrinin uşaqlarına psixoloji yardım”, “Ana-sahibkar”, “Qəhrəman övladlarıyıq”, “Autizmli uşaqlara adaptasiya dəstəyi”, “Əlaçı” və bu kimi onlarla digər layihə mövcuddur.

Bütün dünyanı təşvişə salan “COVID-19” pandemiyası zamanı da PAŞA Holding sosial məsuliyyətini dərk edərək çağırışlara cavab verən ilk şirkətlərdən oldu. Belə ki, “COVID-19” pandemiyasının ən şiddətli dönəmində PAŞA Holding tərəfindən modul tipli xəstəxanaların inşası, xarici ölkələrdən həkimlərin ölkəmizə cəlb olunması, eləcə də koronavirusla mübarizə fonduna dəstəyin göstərilməsi kimi fəaliyyətlər icra edilib. PAŞA Holding eyni zamanda Qarabağda infrastruktur obyektlərinin, eləcə də ekoloji durumun bərpası prosesində də iştirak etməkdədir. Şirkətin dəstəyi ilə hazırda Şuşa, Zəngilan və Ağdamda məscidlərin bərpası və yeni infrastruktur obyektlərinin inşası həyata keçirilir. Eyni zamanda, İkinci Qarabağ Müharibəsi iştirakçılarına, eləcə də qazi və şəhid ailələrinə dəstəyin göstərilməsi şirkətin diqqət mərkəzindədir.

Bununla yanaşı, KSM strategiyası çərçivəsində PAŞA Holding bir neçə il öncə məcburi köçkünlər üçün nəzərdə tutulan “Qobu-2” yaşayış kompleksinin inşasına maliyyə dəstəyi göstərib. Belə ki, “Kristal Abşeron” MTK şirkəti tərəfindən icra olunan bu layihədə PAŞA Holding maliyyə sponsoru kimi çıxış edib və inşa prosesinə nə işçi qüvvəsi, nə də texniki avadanlıq təminatçısı kimi cəlb edilməyib. Buna baxmayaraq, PAŞA Holding müvafiq strukturlardan edilən müraciətləri nəzərə alaraq kompleksdə son günlər müşahidə olunan çətinliklərin həll olunmasına bir daha dəstək göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, PAŞA Holding eyni zamanda çoxsaylı məktəb və baxçaların da tikintisini maliyyələşdirməkdədir. Bundan əlavə, şirkət əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş yaradıcılıq mərkəzinin inşa edilməsinin maliyyələşdirilməsində də iştirak edib. Holdinq həmçinin, gündəlik əsnada yardım məqsədilə daxil olan fərdi müraciətlər əsasında da yardıma ehtiyacı olan şəxslərə dəstək olmağa davam etməkdədir.

Reklam hüququnda

Paylaş:
301

Son xəbərlər

Azərbaycan XİN-dən Ermənistan Baş nazirinin iddialarına CAVABBu gün, 17:43Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29
Bütün xəbərlər

Next TV