Ağdamda ekskavator minaya düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda ekskavator minaya düşüb

15:24 - 18 / 03 / 2023
Ağdamda ekskavator minaya düşüb

Ağdamda ekskavator minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər