Astarada qayınanasına xəsarət yetirib arvadını öldürən şəxs təslim olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada qayınanasına xəsarət yetirib arvadını öldürən şəxs təslim olub - YENİLƏNİB

17:57 - 18 / 03 / 2023
Astarada qayınanasına xəsarət yetirib arvadını öldürən şəxs təslim olub - YENİLƏNİB

Martın 18-da saat 16 radələrində Astara rayonu Şiəkəran kəndində 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın kəsici-deşici alətlə öldürülməsi və anası 1970-ci il təvəllüdlü Sevda Ramazanovaya xəsarət yetirilməsi polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, cinayət əməlinini törətməkdə şübhəli bilinən Ə.Ramazanovanın həyat yoldaşı 1991-ci il təvəllüdlü Fərmayil Fizuli oğlu Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

16:46

Martın 18-i-si saat 15 radələrində 1970-ci il təvəllüdlü Sevda Ramazanovanın xəsarət alması və 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon prokurorluğundan 1news.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin Astara rayonunun Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evlərindən birində kəsici-deşici alətlə qayınanası Kifayət Əsədovaya və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirməsi, sonuncunun aldığı xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Paylaş:
189

Son xəbərlər

Polad Bülbüloğlu Lavrovun müavini Mixail Qaluzinlə görüşmüşdür31 / 03 / 2023, 19:53Gələn həftənin ilk gününə olan USD/AZN rəsmi məzənnəsini açıqlanıb31 / 03 / 2023, 17:47Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək31 / 03 / 2023, 17:32Ağdam sakini Bərdədə meşə ərazisini qanunsuz şumlayıb31 / 03 / 2023, 17:23Beyləqanda rüşvətə görə yaxalanan məmurların işi məhkəməyə göndərilib31 / 03 / 2023, 17:12Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir31 / 03 / 2023, 16:54Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub, 467 vaksin vurulub31 / 03 / 2023, 16:41XİN: Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir31 / 03 / 2023, 16:13Ayxan Hacızadə: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır31 / 03 / 2023, 16:00Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz31 / 03 / 2023, 15:48“Ağyoxuş-1” qızıl yatağı yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib - FOTO31 / 03 / 2023, 15:35Bakı metrosuna sərnişin xlor dağıtdı31 / 03 / 2023, 15:2831 mart hadisələri – bəşəriyyət tarixinin unudulmaz faciəsi31 / 03 / 2023, 15:19“Toyota Prius”: bilmədiyimiz özəllikləri - təhlükəsizlik və rahatlıq - VİDEO31 / 03 / 2023, 15:15Sabahdan müharibə veteranı və şəhid ailələri üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayır31 / 03 / 2023, 15:09Azərbaycan ilə Çex Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıb31 / 03 / 2023, 15:06Aprel ayına olan hava proqnozu açıqlanıb31 / 03 / 2023, 15:03Autizmin ilkin simptomlarına nələr daxildir? - Psixiatr Aydan Cabbarovadan CAVAB31 / 03 / 2023, 15:00Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb31 / 03 / 2023, 14:47Mərkəzi Bank standart məlumatlandırma forması təsdiq edəcək31 / 03 / 2023, 14:28
Bütün xəbərlər

Next TV