"Avroviziya" təmsilçisi müsabiqə mahnısının rəqsini həssas qrupdan olan uşaqlarla birgə təkrarlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Avroviziya" təmsilçisi müsabiqə mahnısının rəqsini həssas qrupdan olan uşaqlarla birgə təkrarlayıb - FOTO

21:19 - 18 / 03 / 2023
"Avroviziya" təmsilçisi müsabiqə mahnısının rəqsini həssas qrupdan olan uşaqlarla birgə təkrarlayıb - FOTO

Azərbaycanı “Avroviziya-2021” Mahnı Müsabiqəsində təmsil etmiş müğənni Samirə Əfəndi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

İfaçı müxtəlif yaradıcılıq studiyalarındakı təlim prosesini izləyərək, əl işlərinin hazırlanma qaydası ilə maraqlanıb. Samirə Əfəndi musiqi studiyasında benefisiarların məşq prosesinə qoşulub, onlarla birgə canlı ifa edib.

Uşaqlıqdan incəsənətə böyük həvəs göstərən müğənni təsviri- incəsənət studiyasında rəsm cəkib, bədii oymada ilk dəfə bacarığını sınayıb.

Kapoeyra studiyasında təlim prosesini izləyən müğənni benefisiarlarla birlikdə "Mata Hari" mahnısının məşhur rəqs səhnəsini məşq edib. Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupa daxil olan şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda 172 benefisiar aktiv şəkildə 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirakını davam etdirir.

Paylaş:
196

Son xəbərlər

Polad Bülbüloğlu Lavrovun müavini Mixail Qaluzinlə görüşmüşdür31 / 03 / 2023, 19:53Gələn həftənin ilk gününə olan USD/AZN rəsmi məzənnəsini açıqlanıb31 / 03 / 2023, 17:47Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək31 / 03 / 2023, 17:32Ağdam sakini Bərdədə meşə ərazisini qanunsuz şumlayıb31 / 03 / 2023, 17:23Beyləqanda rüşvətə görə yaxalanan məmurların işi məhkəməyə göndərilib31 / 03 / 2023, 17:12Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir31 / 03 / 2023, 16:54Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub, 467 vaksin vurulub31 / 03 / 2023, 16:41XİN: Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir31 / 03 / 2023, 16:13Ayxan Hacızadə: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır31 / 03 / 2023, 16:00Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz31 / 03 / 2023, 15:48“Ağyoxuş-1” qızıl yatağı yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib - FOTO31 / 03 / 2023, 15:35Bakı metrosuna sərnişin xlor dağıtdı31 / 03 / 2023, 15:2831 mart hadisələri – bəşəriyyət tarixinin unudulmaz faciəsi31 / 03 / 2023, 15:19“Toyota Prius”: bilmədiyimiz özəllikləri - təhlükəsizlik və rahatlıq - VİDEO31 / 03 / 2023, 15:15Sabahdan müharibə veteranı və şəhid ailələri üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayır31 / 03 / 2023, 15:09Azərbaycan ilə Çex Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıb31 / 03 / 2023, 15:06Aprel ayına olan hava proqnozu açıqlanıb31 / 03 / 2023, 15:03Autizmin ilkin simptomlarına nələr daxildir? - Psixiatr Aydan Cabbarovadan CAVAB31 / 03 / 2023, 15:00Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb31 / 03 / 2023, 14:47Mərkəzi Bank standart məlumatlandırma forması təsdiq edəcək31 / 03 / 2023, 14:28
Bütün xəbərlər

Next TV