Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTO

11:41 - 18 / 03 / 2023
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTO

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

1news.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Tural Gəncəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov, eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

Tədbirdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı məlumatı təqdim edib.

İclas iştirakçıları Qarabağ Dirçəliş Fondunun 2022-ci il üzrə kənar auditorunun təyin edilməsi, Fondun “Ştat cədvəli, vəzifə maaşına əlavələrin tətbiq edilməsi qaydası və əməyin ödənişi fondu”nun təsdiq edilməsi, “Qarabağ Dirçəliş Fondunun 2023-cü il üzrə büdcəsi”nin təsdiq edilməsi, “Qarabağ Dirçəliş Fondunun büdcəsinin tərtibi və icrası haqqında Qaydalar”ın təsdiq edilməsi, və “Fondun vəsaitlərinin yerləşdirilməsi haqqında Qaydalar”ın yeni redaksiyasının təsdiq edilməsi kimi məsələlər barədə geniş müzakirələr aparıblar.

İclasın yekununda yuxarıda qeyd olunan sənədlər Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, iclasda təqdim olunan digər məsələlərin növbəti iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar verib.

Paylaş:
207

Son xəbərlər

Azərbaycan XİN-dən Ermənistan Baş nazirinin iddialarına CAVABBu gün, 17:43Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29
Bütün xəbərlər

Next TV