Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını, hərbçiləri ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını, hərbçiləri ziyarət edib - FOTO

17:15 - 21 / 03 / 2023
Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını, hərbçiləri ziyarət edib - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyi və səfirlik nəzdində Hərbi Attaşelik Aparatının əməkdaşları ikitərəfli razılaşmalara əsasən Türkiyədə müalicə alan müharibə iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini Novruz bayramı münasibətilə ziyarət edib.

Bu barədə 1news.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Görüş zamanı səfirlik əməkdaşları vətəndaşlarımızın müalicələrinin gedişi və qayğıları ilə maraqlanaraq, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıblar. Ziyarət zamanı müalicə mərkəzlərinin rəhbər və tibb heyəti ilə də görüşülüb, vətəndaşlarımızın vəziyyətinə dair fikir mübadiləsi keçirilib.
Ziyarətin sonunda vətəndaşlarımıza Novruz sovqatları verilib və xatirə şəkili çəkilib.

Xatırladaq ki, iki dövlət arasında imzalanan protokola uyğun olaraq, illik əsasda müayinə və müalicə olmaq üçün Türkiyəyə göndərilmiş Azərbaycan vətəndaşlarının müalicə mərkəzlərinə yerləşdirilməsi, onların üzləşdikləri bütün növ çətinliklər və qayğıları daim səfirlik əməkdaşları tərəfindən diqqətdə saxlanılır və həlli istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Paylaş:
147

Son xəbərlər

“Ermənipərəstin qızına Bakıda konsert edirik”03 / 06 / 2023, 18:06“Müşfiqlə bağlı film çəkilmədi…”03 / 06 / 2023, 17:51Ərdoğan Anıtqəbiri ziyarət edib03 / 06 / 2023, 17:34DİM bugünkü imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb03 / 06 / 2023, 17:18Dünən, 2 İyun tarixində Mazda Azərbaycan yeni krossoveri – CX-60-ı təqdim etdi - FOTO03 / 06 / 2023, 17:07İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gəliblər - YENİLƏNİB03 / 06 / 2023, 16:52Asensio “Real”dan ayrıldı03 / 06 / 2023, 16:44Bu gün Ümumdünya Velosiped Günüdür03 / 06 / 2023, 16:27Ərdoğan and içib - YENİLƏNİB03 / 06 / 2023, 16:12IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB03 / 06 / 2023, 15:48FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib03 / 06 / 2023, 15:34Neftçalada içməli su və kanalizasiyaların yenidən qurulmasına başlanılıb - FOTO03 / 06 / 2023, 15:21Ombudsman Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb03 / 06 / 2023, 15:07Hərbi Prokurorluq: “Kütləvi məzarlıqlardan 400-dən artıq insan meyit qalıqları aşkarlanıb”03 / 06 / 2023, 14:54Sevgilisi tərəfindən döyülən model yeni faktları açıqladı - FOTO03 / 06 / 2023, 14:39Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib - FOTO03 / 06 / 2023, 14:26“Qarabağ” ilk transferini açıqlayıb03 / 06 / 2023, 14:07Şəmkirdə ata qızını bıçaqlayıb, sonra intihar edib - YENİLƏNİB03 / 06 / 2023, 13:48İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim edilib03 / 06 / 2023, 13:34Şuşada kütləvi məzarlıq tapılıb - FOTO03 / 06 / 2023, 13:29
Bütün xəbərlər

Next TV