Külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib - FOTO

17:49 - 21 / 03 / 2023
Külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib - FOTO

Martın 21-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən 1news.az-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. Həmin şəxs gömrük əməkdaşı tərəfindən qırmızı kanala yönləndirilib, üzərinə və əşyalarına baxış keçirilib. Rentgen qurğusunda vətəndaşa məxsus çantada qızıl-zinət əşyalarının təsviri görünüb. Yoxlama zamanı çantada gömrük orqanına yazılı və ya şifahi qaydada bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birgə ümumi çəkisi 4 kq 700 qram, təqribi dəyəri 420 000 AZN olan qızıl-zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
167

Son xəbərlər

“Ermənipərəstin qızına Bakıda konsert edirik”03 / 06 / 2023, 18:06“Müşfiqlə bağlı film çəkilmədi…”03 / 06 / 2023, 17:51Ərdoğan Anıtqəbiri ziyarət edib03 / 06 / 2023, 17:34DİM bugünkü imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb03 / 06 / 2023, 17:18Dünən, 2 İyun tarixində Mazda Azərbaycan yeni krossoveri – CX-60-ı təqdim etdi - FOTO03 / 06 / 2023, 17:07İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gəliblər - YENİLƏNİB03 / 06 / 2023, 16:52Asensio “Real”dan ayrıldı03 / 06 / 2023, 16:44Bu gün Ümumdünya Velosiped Günüdür03 / 06 / 2023, 16:27Ərdoğan and içib - YENİLƏNİB03 / 06 / 2023, 16:12IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB03 / 06 / 2023, 15:48FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib03 / 06 / 2023, 15:34Neftçalada içməli su və kanalizasiyaların yenidən qurulmasına başlanılıb - FOTO03 / 06 / 2023, 15:21Ombudsman Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb03 / 06 / 2023, 15:07Hərbi Prokurorluq: “Kütləvi məzarlıqlardan 400-dən artıq insan meyit qalıqları aşkarlanıb”03 / 06 / 2023, 14:54Sevgilisi tərəfindən döyülən model yeni faktları açıqladı - FOTO03 / 06 / 2023, 14:39Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib - FOTO03 / 06 / 2023, 14:26“Qarabağ” ilk transferini açıqlayıb03 / 06 / 2023, 14:07Şəmkirdə ata qızını bıçaqlayıb, sonra intihar edib - YENİLƏNİB03 / 06 / 2023, 13:48İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim edilib03 / 06 / 2023, 13:34Şuşada kütləvi məzarlıq tapılıb - FOTO03 / 06 / 2023, 13:29
Bütün xəbərlər

Next TV