Bakı sakini bir kiloqram heroinlə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakini bir kiloqram heroinlə saxlanılıb

11:29 - 21 / 03 / 2023
Bakı sakini bir kiloqram heroinlə saxlanılıb

Abşeronda Bakı sakini saxlanılıb, üzərindən bir kiloqram heroin götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

Paylaş:
165

Son xəbərlər

Bütün xəbərlər