Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO

19:25 - 22 / 03 / 2023
Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Paylaş:
976

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər