Xaçmaz sakinindən hədə-qorxu yolu ilə 3500 manat alan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmaz sakinindən hədə-qorxu yolu ilə 3500 manat alan şəxs saxlanılıb

Qafar Ağayev10:40 - 22 / 03 / 2023
Xaçmaz sakinindən hədə-qorxu yolu ilə 3500 manat alan şəxs saxlanılıb

Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5 000 manat pul tələb etməsini və 3 500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.

Xaçmaz polisi tərəfindən araşdırma aparılır.

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər