İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13:11 - 23 / 03 / 2023
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən məlumata görə, mart ayının 22-də saat 20:50-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Məmmədbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş:
671

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər