Güclü geomaqnit qasırğası müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü geomaqnit qasırğası müşahidə olunur

16:14 - 24 / 03 / 2023
Güclü geomaqnit qasırğası müşahidə olunur

Hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət isə qeyri-stabildir.

1news.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında bildirilib. Məlumata görə, bunun əsas səbəbi 20-21 mart tarixlərində DSCOVR tərəfindən qeydə alınan tac kütlə atılmasının Yerə yaxınlaşmasıdır. STEREO-A koronoqrafından alınan təsvirlərin təhlili ümumi maqnit sahəsinin intensivliyinin 22 nTl-ya, Bz komponentinin maksimal kənaraçıxmasının 17 nTl-ya bərabər olduğunu göstərir. Bu parametrlərin ölçülən ədədi qiymətləri kosmik hava şəraitində kifayət qədər güclü həyəcanlaşmadan xəbər verir. Hesabat dövründə Günəş küləyinin sürəti 450-500 km/san intervalında, maksimal həddi isə 517 km/san olub. Günəş küləyində müşahidə olunan həyəcanlaşmaların növbəti 3 gün ərzində də davam edəcəyi proqnozlaşdırılır. Belə qeyri-stabil vəziyyət bu gün Yerdə əsasən yuxarı en dairələrində G3 (Kp=7, güclü) səviyyəli geomaqnit qasırğasına səbəb olub. Ümumilikdə isə səviyyəsi G2-G3 (Kp=6-7, orta-güclü) olaraq qiymətləndirilən geomaqnit qasırğası günün sonuna nisbətən səngiyərək G1-G2 (Kp=5-6, minor-orta) səviyyəsinə düşəcək. Bu proqnoz tac kütlə atılmasının təsirinin azalması ilə əlaqələndirilir. 25 və 26 mart tarixlərində ayrı-ayrı saatlarda G1 (Kp=5, minor) səviyyəli maqnit qasırğasının müşahidə olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, belə maqnit qasırğaları bizim en dairələrinə nisbətən zəifləmiş halda gəlib çatsa da, eko-, bio- və texnosistemlərə öz mənfi yan təsirlərini göstərir. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Bundan başqa, əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olacaq.

Paylaş:
193

Son xəbərlər

Məşhur türk serialında Azərbaycanla xəritəsi ilə bağlı səhv düzəldildi - FOTO31 / 05 / 2023, 20:45İçərişəhərdə 31 May Ümumdünya Tütünsüz Günü qeyd edilib31 / 05 / 2023, 17:58Qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətləri dəyişib31 / 05 / 2023, 17:54Sahibə Qafarova Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb31 / 05 / 2023, 17:47Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib31 / 05 / 2023, 17:40FAO-nun Baş direktoru İlham Əliyevi təbrik edib31 / 05 / 2023, 17:32Dolu düşüb, sel keçib - Faktiki hava açıqlandı31 / 05 / 2023, 17:16Estoniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib31 / 05 / 2023, 17:01Şirvanda polisin saxladığı şəxs ölüb31 / 05 / 2023, 16:49Prezident: Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var31 / 05 / 2023, 16:29ABB Banklararası Şahmat Çempionatının qalibi oldu31 / 05 / 2023, 16:26Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması müzakirə edilib31 / 05 / 2023, 16:21Prezident İlham Əliyev: “Azərbaycan qazına ehtiyac artmaqdadır”31 / 05 / 2023, 16:01“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO31 / 05 / 2023, 15:43Azərbaycanda daşınmaz əmlakın elektron qaydada icbari sığortasına başlanılır31 / 05 / 2023, 15:35PAŞA Holding-in dəstəyi ilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları üçün Kiçik və Orta Biznes proqramına start verildi31 / 05 / 2023, 15:30“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib31 / 05 / 2023, 15:18Nüsrət Kəsəmənlinin nəvəsi Azərbaycanın ən yaraşıqlı kişisi seçildi - FOTO31 / 05 / 2023, 15:17Azərbaycan və Pakistan investisiyaların təşviqini müzakirə edib31 / 05 / 2023, 14:56Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”31 / 05 / 2023, 14:48
Bütün xəbərlər

Next TV