Azərbaycan MN: Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan MN: Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıb

17:15 - 25 / 03 / 2023
Azərbaycan MN: Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıb

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Paylaş:
336

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər