Şabranda qatarla traktor toqquşub - Ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda qatarla traktor toqquşub - Ölən var

10:15 - 25 / 03 / 2023
Şabranda qatarla traktor toqquşub - Ölən var

Şabranda qatarla traktor toqquşub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.

Araşdırma aparılır.

Paylaş:
615

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər