Talış kənd məktəbində ilk dərs keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Talış kənd məktəbində ilk dərs keçirilib - FOTO

Qafar Ağayev15:14 - 27 / 03 / 2023
Talış kənd məktəbində ilk dərs keçirilib - FOTO

Martın 27-də Tərtər rayonunun Talış kəndində məktəb və uşaq bağçasının açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, mərasimdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri Seymur Məmmədov, Şamxal Muxtarov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, kənd sakinləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə məktəbdə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, məktəb 78 şagird yerlikdir. İkimərtəbəli binanın dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın əleyhinə siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilib. Məktəbdə 8 sinif, tibb və müəllimlər otağı, akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılıb. Hazırda təhsil müəssisəsində 24 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 16 müəllim məşğul olur.

Daha sonra məktəbəqədər təhsil müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir edilib. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın əleyhinə siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub.

Mərasimdən sonra kənd sakinləri ilə söhbət aparılıb, xatirə şəkli çəkdirilib.

Paylaş:
215

Son xəbərlər

Zlatan İbrahimoviçin yubiley qolları açıqlanıb - SİYAHIBu gün, 10:55Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:33DİN jurnalistin intiharının qarşısını alıbBu gün, 10:22Yasamalda çoxmərtəbəli yaşayış kompleksinin yanğın təhlükəsizliyində nöqsanlar aşkarlanıb - FOTO - VİDEOBu gün, 10:16Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08
Bütün xəbərlər

Next TV