Dəhşətli ailə dramı, məhv olmuş talelər...- AzTV-dən yeni serial | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəhşətli ailə dramı, məhv olmuş talelər...- AzTV-dən yeni serial

15:28 - 27 / 03 / 2023
Dəhşətli ailə dramı, məhv olmuş talelər...- AzTV-dən yeni serial

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yeni seriala start verir.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Sevginin ünvanı” adlı yeni serial bu gündən etibarən yayımlanacaq.

Real hadisələr əsasında çəkilən serialda əsas mövzu narkomaniya və erkən nikahla mübarizədir. Serialın baş qəhrəmanı Bəsti təkcə adını deyil, bütün həyatını dəyişdirir, qarşısına qoyduğu ən böyük məqsədə - ali təhsil almaq arzusuna çatır. “Həyat acılı-şirinli günlərdən ibarət bir gündəlikdir” - bu həqiqəti qəhrəmanların hər biri dərk edərək, məhz sevginin həyatın mənbəyi olduğunu anlayır. Həyat sevgi ilə başlayır, məhz o maneləri dəf etməyə kömək edir, yaşamağa güc verir. Amma elə yanlışlıqlar, elə səhvlər var ki, onlar insanın həyatını büsbütün məhv edə bilər və baş qəhrəmanların biri eynən belə səhvin qurbanı olur.

1 aydan çoxdur çəkilişləri davam edən serial 10 bölümdən ibarət olacaq. Serialda narkomaniya, erkən nikah, gender qeyri-bərabərliyi və qadınlara qarşı şiddət kimi problemlərə toxunulur.

Serialın rejissoru Zaur Zeynal, ssenaristi Leyla Qədirzadə, prodüseri Nicat Həsənlidir. Layihənin rəhbəri isə Həmid Əsədzadədir.

“Sevginin ünvanı” serialının ilk bölümü bu gün saat 15:00-da, təkrarı isə axşam saat 21:00-da AzTV-də yayımlanacaq. Serialın müntəzəm efir vaxtı isə hər həftənin bazar günü saat 19:00 olacaq.

Serialın anonsunu təqdim edirik:

Paylaş:
289

Son xəbərlər

Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb05 / 06 / 2023, 16:52Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb05 / 06 / 2023, 16:40Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi təyin edilib05 / 06 / 2023, 16:16Naxçıvana ucuz uçuşlar təşkil ediləcək05 / 06 / 2023, 16:02Diplomatlar üçün keçirilmiş Xarici Siyasət Proqramı başa çatıb - FOTO05 / 06 / 2023, 15:57Səməd Seyidov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb05 / 06 / 2023, 15:54Yeni tədris ilindən Azərbaycan məktəblərində vahid məktəbli formasına keçiləcək05 / 06 / 2023, 15:45Naxçıvanda azad iqtisadi zona yaradılacaq05 / 06 / 2023, 15:30
Bütün xəbərlər

Next TV