Elektriklə balıq ovlayanlar saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektriklə balıq ovlayanlar saxlanılıb - FOTO

15:45 - 27 / 03 / 2023
Elektriklə balıq ovlayanlar saxlanılıb - FOTO

DİN-in Su Nəqliyyatında Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində keçirilən növbəti reyd zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Qazax rayon sakini Maqsud Rəsulov saxlanılıb. Onun ovladığı 3 ədəd “şəhmayı”, 2 ədəd “daban (karas)” və 84 ədəd “xramulya” balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1045 manat miqdarında zərər vurması müəyyən edilib.

Bundan başqa Su Polisinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Mingəçevir Su Anbarının Samux rayonu ərazsində olan hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Şəmkir rayon sakini Vüqar Məmmədov da saxlanılıb. Araşdırma zamanı V. Məmmədovun 40 ədəd “çapaq”, 56 ədəd “daban” balığını qanunsuz olaraq ovlaması və təbiətə 1056 manat miqdarında zərər vurması müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən analoji tədbirlər bundan sonra da davam etdiriləcək.

Paylaş:
172

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:33DİN jurnalistin intiharının qarşısını alıbBu gün, 10:22Yasamalda çoxmərtəbəli yaşayış kompleksinin yanğın təhlükəsizliyində nöqsanlar aşkarlanıb - FOTO - VİDEOBu gün, 10:16Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06
Bütün xəbərlər

Next TV