Sabunçu qəsəbəsində yanğın başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçu qəsəbəsində yanğın başlayıb

Qafar Ağayev17:03 - 27 / 03 / 2023
Sabunçu qəsəbəsində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Paylaş:
240

Son xəbərlər

Bütün xəbərlər