Bakının havasında dəm qazı normadan yüksəkdir - Nazirlik | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının havasında dəm qazı normadan yüksəkdir - Nazirlik

17:46 - 27 / 03 / 2023
Bakının havasında dəm qazı normadan yüksəkdir - Nazirlik

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib.

Bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.4, Sumqayıt şəhərində 1.2 dəfə normadan çox müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər