20-26 mart tarixlərində zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

20-26 mart tarixlərində zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

11:07 - 27 / 03 / 2023
20-26 mart tarixlərində zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20-26 mart) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 121 nəfər müraciət edib.

1news.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.

Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, cinsləri qadın olan 2 nəfərin (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb.

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər