Təcili tibbi yardım xidməti bayram günlərində bu qədər çağırışı icra edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təcili tibbi yardım xidməti bayram günlərində bu qədər çağırışı icra edib

Qafar Ağayev12:05 - 27 / 03 / 2023
Təcili tibbi yardım xidməti bayram günlərində bu qədər çağırışı icra edib

Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım xidməti gün ərzində 2 100 - 2 200 çağırış icra edib. Çağırış səbəbləri əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar və s. ilə bağlı olub.

Eyni zamanda bayram günlərində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub.

Xəsarət alan şəxslərdən 57 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər