“Facebook” 1news.az-ın 1,3 milyon izləyicisi olan rusdilli səhifəsini səbəbsiz sildi - Yeni səhifə istifadəyə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Facebook” 1news.az-ın 1,3 milyon izləyicisi olan rusdilli səhifəsini səbəbsiz sildi - Yeni səhifə istifadəyə verildi

16:20 - 28 / 03 / 2023
“Facebook” 1news.az-ın 1,3 milyon izləyicisi olan rusdilli səhifəsini səbəbsiz sildi - Yeni səhifə istifadəyə verildi

Hörmətli oxucular, 1news.az agentliyinin “Facebook” sosial şəbəkəsindəki rus dilində olan səhifəsi heç bir əsas olmadan silinib.

Uzun illər 1news.az xəbər saytına qarşı “Facebook”da aparılan məqsədyönlü kampaniya nəhayət ki, öz məqsədinə çatdı və bu sosial şəbəkədə rus dilində olan səhifənin heç bir əsas olmadan bağlanmasına səbəb oldu.

Bir milyondan çox abunəçisi olan bu informasiya platformasının itirilməsi erməni izinin də açıq şəkildə göründüyü prosesin tərkib hissəsidir.

Qeyd edək ki, “Facebook” səhifəsi yaradılandan sonra 1news.az saytı guya sosial şəbəkə qaydalarını pozduğuna görə dəfələrlə fəaliyyəti ilə bağlı əsassız məhdudiyyətlərlə üzləşib.

Əksər hallarda buna, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı “Facebook” moderatorlarının yolverilməz hesab etdiyi paylaşımlar səbəb olub.

Xatırladaq ki, 1news.az-a qarşı bu virtual müharibə ən çox 2020-ci ilin Vətən müharibəsi zamanı, saytımızın və sosial şəbəkələrdəki səhifələrimizin kütləvi haker hücumlarına məruz qaldığı vaxtlarda şiddətlənib.

Məhz o zaman “Facebook” səhifəmizə “qırmızı” xəbərdarlıq verilib ki, bu da onu silinmək təhlükəsi ilə üz-üzə qoyub.

Sonra dəfələrlə və heç bir ciddi əsas olmadan səhifə idarəçilərinin profilləri də bloklanıb.

Bəzən buna 10 il əvvəl edilmiş və uzun müddət sosial şəbəkənin moderatorlarının diqqətini cəlb etməyən paylaşımlar səbəb olub.

Əməkdaşlarımızın bu ayrı-seçkiliyin səbəbini öyrənmək üçün çoxsaylı cəhdləri cavabsız qalıb.

Nəhayət, martın 23-də heç bir əsas olmadan və xəbərdarlıq edilmədən 1.300.000-dən çox abunəçisi olan 1news.az “Facebook” səhifəsi tamamilə silinib.

Redaktorlarımız səhifənin bərpasına dəstək üçün aidiyyatı qurumlara müraciət edib.

Amma bu gün bizim ən çox oxucularımızın dəstəyinə ehtiyacımız var!

Xəbərlərimizi www.1news.az saytından, “Instagram” və “Telegram” sosial şəbəkələrindəki səhifələrimizdən izləməyinizi xahiş edirik.

Bundan başqa, sadiq oxucularımız üçün paylaşımları davam etdirmək üçün yeni “Facebook” səhifəsi açırıq.

Aşağıdakı keçid vasitəsilə bu səhifəyə abunə ola bilərsiniz:

https://www.facebook.com/ru1news.az

Azərbaycanın sosial şəbəkələrdə informasiya platformalarına ehtiyacı var.

Bu səbəbdən, ölkəmizlə bağlı həqiqətləri yaymaq üçün bundan sonra da əlimizdən gələni edəcəyik.

Hər bir "Bəyənmə" üçün təşəkkür edirik!

Əminik ki, Sizin köməyinizlə ədalətsizliyə qalib gələcəyik!

1news.az saytının sosial şəbəkələrdəki digər rəsmi səhifələrinə keçidlər:

Instagram

Telegram

1news.az (Azərbaycan redaksiyası)

Paylaş:
714

Son xəbərlər

Məşhur türk serialında Azərbaycanla xəritəsi ilə bağlı səhv düzəldildi - FOTO31 / 05 / 2023, 20:45İçərişəhərdə 31 May Ümumdünya Tütünsüz Günü qeyd edilib31 / 05 / 2023, 17:58Qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətləri dəyişib31 / 05 / 2023, 17:54Sahibə Qafarova Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb31 / 05 / 2023, 17:47Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib31 / 05 / 2023, 17:40FAO-nun Baş direktoru İlham Əliyevi təbrik edib31 / 05 / 2023, 17:32Dolu düşüb, sel keçib - Faktiki hava açıqlandı31 / 05 / 2023, 17:16Estoniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib31 / 05 / 2023, 17:01Şirvanda polisin saxladığı şəxs ölüb31 / 05 / 2023, 16:49Prezident: Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var31 / 05 / 2023, 16:29ABB Banklararası Şahmat Çempionatının qalibi oldu31 / 05 / 2023, 16:26Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması müzakirə edilib31 / 05 / 2023, 16:21Prezident İlham Əliyev: “Azərbaycan qazına ehtiyac artmaqdadır”31 / 05 / 2023, 16:01“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO31 / 05 / 2023, 15:43Azərbaycanda daşınmaz əmlakın elektron qaydada icbari sığortasına başlanılır31 / 05 / 2023, 15:35PAŞA Holding-in dəstəyi ilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları üçün Kiçik və Orta Biznes proqramına start verildi31 / 05 / 2023, 15:30“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib31 / 05 / 2023, 15:18Nüsrət Kəsəmənlinin nəvəsi Azərbaycanın ən yaraşıqlı kişisi seçildi - FOTO31 / 05 / 2023, 15:17Azərbaycan və Pakistan investisiyaların təşviqini müzakirə edib31 / 05 / 2023, 14:56Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”31 / 05 / 2023, 14:48
Bütün xəbərlər

Next TV