TƏBİB Fazil Mustafanın vəziyyəti ilə bağlı açıqlama yaydı: Həyatı təhlükəsi yoxdur
TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Həyati təhlükəsi yoxdur.
413