Deputata odlu silahdan atəş açılması ilə bağlı cinayət işi başlanıb - RƏSMi | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputata odlu silahdan atəş açılması ilə bağlı cinayət işi başlanıb - RƏSMi

Qafar Ağayev23:30 - 28 / 03 / 2023
Deputata odlu silahdan atəş açılması ilə bağlı cinayət işi başlanıb - RƏSMi

Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

Baş Prokurorluğundan 1news.az-a verilən məlumata görə, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.

Paylaş:
397

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

23 / 07 / 2026, 16:48
Bütün xəbərlər