Səfir: Türkiyə vətəndaşları Bakı, Naxçıvan və Gəncədə səs verə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfir: Türkiyə vətəndaşları Bakı, Naxçıvan və Gəncədə səs verə bilər

12:34 - 28 / 03 / 2023
Səfir: Türkiyə vətəndaşları Bakı, Naxçıvan və Gəncədə səs verə bilər

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının seçkilərdə fəal iştirakının təmin edilməsi istiqamətində iş aparılır.

1news.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarda səs verə bilər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər