Suraxanıda mənzildə yanğın olub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda mənzildə yanğın olub, ölən var

Qafar Ağayev12:46 - 28 / 03 / 2023
Suraxanıda mənzildə yanğın olub, ölən var

Bakı şəhərinin Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər