Qazaxıstanda təqaüdlə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına müraciət davam edir.
Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Proqrama müraciətlər aprelin 30-dək qəbul olunur.
Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Ətraflı məlumatı nazirliyin saytından əldə etmək olar.
265