Ağstafada 14 yaşlı oğlanı öldürüb dəmiryoluna atdılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada 14 yaşlı oğlanı öldürüb dəmiryoluna atdılar

17:15 - 29 / 03 / 2023
Ağstafada 14 yaşlı oğlanı öldürüb dəmiryoluna atdılar

Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib.

1news.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Bildirib ki, Ağstafa rayon Polis Şöbəsinə rayon sakini, 2009-cu il təvəllüdlü Cavanşir Bədirovun kəsici alətlə qətlə yetirilmiş cəsədinin Dəmiryolu stansiyası yaxınlığında olması barədə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər